EvXəbərlərRusiya Ermənistanın qazını kəsdi? - Nazir "denonsasiya məktubu almışıq" deyir

Rusiya Ermənistanın qazını kəsdi? – Nazir “denonsasiya məktubu almışıq” deyir

Published on

spot_img

Rusiya ilə Ermənistan arasında qaz böhranı yaranmayıb.
BEY.AZ xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. News.am saytı Ermənistanın Ərazi idarəetmə naziri David Xudatyana istinadən yazıb ki, hazırda Rusiyadan Ermənistana qaz tədarükü normal rejimdə davam edir.
“Rusiyadan tədarük əvvəlki qaydada davam edir. Bu baxımdan heç bir problem görmürük. Rusiyadan olan həmkarlarımız, eləcəd də “Qazprom”dan olan həmkarlarımızla daim əlaqə saxlayırıq və normal şəkildə işləyirik”, – deyə nazir bildirib.
Xudatyan onu da qeyd edib ki, nazirlik Rusiya tərəfindən qaz, neft məhsulları və xam almazla bağlı müqavilənin mümkün denonsasiyası (Bir dövlətin əvvəlcədən digər tərəfi xəbərdar etməklə, iştirakçısı olduğu beynəlxalq müqavilədən (və ya sazişdən) rəsmi olaraq birtərəfli qaydada imtina etməsi və onun qüvvəsini ləğv etməsi -red.) ilə bağlı məktub alıb.
Xatırladaq ki, son günlər Rusiya ilə Ermənistan arasında iqtisadi və diplomatik gərginlik yaşanır. Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, əgər Ermənistan Avropa Birliyinə qoşularsa, Rusiya bu ölkəyə olan qaz və neft məhsullarının tədarükü ilə bağlı güzəştləri ləğv edə bilər. Bu barədə artıq rəsmi olaraq İrəvana məktubun da göndərildiyi açıqlanıb. Lakin Paşinyan buna cavabında bəyan etsi ki, ölkəsi əmtəə qiymətlərinin artmasından qorxmur.

Müəllif: Tural

Latest articles

More like this