fbpx

“ATƏT-in Minsk qrupu özünü buraxdığını elan etməlidir”


Azərbaycan Prezidenti İlham Əliyev mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri İan Borqunu qəbul edərkən Minsk qrupunun və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin zəruri olduğu fikrini bir daha ona xatırladıb. İlham Əliyev ATƏT sədri ilə əvvəlki görüşündə də Minsk qrupunun tarixə qovuşduğu söyləyib.

Politoloq Elxan Şahinoğlu bildirib ki, Minsk qrupunun keçmiş həmsədri olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov 24 iyun 2022-ci ildə azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşündə “Minsk qrupu fəaliyyətini dayandırıb” açıqlamasını verib. Politoloq vurğulayıb ki, Minsk qrupunun digər həmsədri olan ABŞ da onun fəaliyyətinə ehtiyac görmür:

Tanınmış politoloq da deputat olmaq istəyir -

“ABŞ dövlət katibinin Qafqaz üzrə müşaviri Filip Riker 2022-ci ilin noyabrın 17-də verdiyi açıqlamada, faktiki Lavrovun sözlərini bu şəkildə təkrarlayıb: “Minsk qrupu mexanizmi işləmir. Vaşinqton Azərbaycanla Ermənistan arasında sülh quruculuğuna dəstək verir”.

Beləliklə, Minsk qrupunun 3 həmsədrindən ikisi bu təşkilatın fəaliyyətinə ehtiyac duymadığını bildirib. Ermənistanın baş naziri Nikol Paşinyan da mövcud reallıqları qəbul edərək Minsk qrupunun adını heç yerdə çəkmir. Buna baxmayaraq, qrupun üçüncü həmsədr Fransa bu mövzuda mövqeyini bildirməyib. Bunun səbəbi də məlumdur. Paris erməni separatizminin Azərbaycan ərazisinə qayıdışının mümkün olmadığı fikrindən imtina etmək istəmir”.

Politoloq hesab edir ki, ATƏT-in hazırkı sədri mövcud reallıqları qəbul edib qrupu buraxa bilər:

“ATƏT sədri İrəvandakı mətbuat konfransında erməni jurnalistin “ATƏT Qarabağ məsələsini bağladı? ATƏT geri dönüşü necə təsəvvür edir?” sualına belə cavab verib: “ATƏT özünün iştirak etmədiyi prosesə daxil ola bilməz və iki ölkənin mövqeyinə hörmətlə yanaşır”. Əslində bu cavab ondan xəbər verir ki, ATƏT sədri də Minsk qrupuna ehtiyac olmadığına işarə edib, sadəcə bunu rəsmiləşdirmək lazımdır”.

Mövzuya münasibət bildirən millət vəkili Elman Nəsirov də düşünür ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti münaqişəni dondurmaqdan ibarət olsa da, onlar bunu icra edə bilmədilər. Millət vəkili BEY.AZ-a deyib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə vurğulayıb ki, ATƏT-in Minsk qrupu öz missiyasını yerinə yetirə bilmədi:

611 min uşağa pul verilir -

“Bu qrupun əsas niyyəti status-kvo vəziyyətinin qoruyub saxlayaraq əbədi olaraq belə davam etməsinə çalışmaq idi. Minsk qrupu istəyirdi ki, Azərbaycan torpaqları Ermənistanın işğalı altında qalsın. Onlar bu prosesi pərdələmək üçün diplomatik danışıqlar formatı icad etmişdilər. Sonsuz sayda regiona səfərlər edir və bu səfərlər çərçivəsində heç bir irəliləyişə nail olmurdular. Eyni zamanda, ATƏT- in iki dəfə faktaraşdırıcı missiyası işğal altındakı ərazilərdə oldu. Torpaqlarımızın işğaldan azad olunmasından sonra gördüyümüz erməni vəhşiliklərini onlar daha erkən görmüşdülər. Bəs bu nəyi dəyişdi? Deməli, ATƏT-in Minsk qrupu əslində münaqişəni həll etmək üçün deyil, Azərbaycan torpaqlarının işğal altında qalmasını daimi və permonent etmək üçün yaradılıbmış”.

Millət vəkili vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam qəti və əbədi təmin edilib. Belə olan vəziyyətdə bu qrup öz-özünü buraxmalıdır:

Minsk qrupu tarixə qovuşmalıdır. Onun fəaliyyəti hüquqi baxımdan dayandırılmalıdır. Bu reallığı Azərbaycan Prezidenti açıq şəkildə ATƏT-in rəhbərliyinə söyləyib. Artıq zaman gəlib çatıb. İndi Ermənistan və Azərbaycan sülh müqaviləsi imzalamağın bir addımlığındadır. Hesab edirəm ki, bu reallıqda ən düzgün addım ATƏT-in Minsk qrupunun özünü buraxmasını elan etməsi olacaq”.

Gülbəniz Hüseynli / BEY.AZ




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin