fbpx

Məleykə Abbaszadə abituriyentlərə canlı yayımda müraciət edəcək

BEY.AZ informasiya agentliyi xəbər verir


Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi 16-28 avqust tarixlərində internet vasitəsilə aparılacaq.

Dövlət İmtahan Mərkəzindən Metbuat.az-a verilən məlumata görə, Mərkəzin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Youtube” kanalı vasitəsilə ixtisas seçimi edəcək abituriyentlərə statistik məlumatlar əsasında diqqət yetirməli olduqları məsələlər haqqında məlumat verəcək.

II və III ixtisas qrupları üzrə canlı yayım 11 avqust saat 11:00-da, I, IV və V ixtisas qrupları üzrə isə 18 avqust saat 11:00-da təşkil olunacaq.

Qeyd edək ki, “Abituriyent” jurnalının 4 saylı buraxılışının, həmçinin, II və III qruplar üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçaların bu həftənin sonuna kimi nəşr olunması nəzərdə tutulur. I və IV qruplar üzrə müvafiq kitabçalar isə imtahan nəticələri ilə əlaqədar yaradılmış Apellyasiya komissiyası öz işini yekunlaşdırdıqdan sonra – növbəti həftənin axırına kimi nəşr olunacaq.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Məleykə #Abbaszadə #abituriyentlərə #canlı #yayımda #müraciət #edəcək

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu