EvXəbərlərQatil qadının "son söz" hüququna görə hökm ləğv edildi

Qatil qadının “son söz” hüququna görə hökm ləğv edildi

Published on

spot_img

Moskva Vilayət Məhkəməsi qətl törətməkdə təqsirləndirilən bir qadın barəsində çıxarılan hökmü ləğv etmək məcburiyyətində qalıb.
BEY.AZ xəbər verir ki, bu barədə MK nəşri məlumat yayıb.
Bildirilib ki, buna səbəb məhkəmə zamanı müttəhimə “son söz” hüququnun verilməməsi kimi ciddi prosessual pozuntu olub. Qanuna əsasən, cinayətin ağırlıq dərəcəsindən asılı olmayaraq, bu hüquq bütün müttəhimlərə verilməlidir.
İstintaqın məlumatına görə, 41 yaşlı qadın 2 mart 2025-ci il tarixində mənzillərində yaranan içkili mübahisə zamanı birgə yaşadığı şəxsi bıçaqlayaraq öldürüb. Hadisədən sonra saxlanılan qadının daha əvvəl də ölümlə hədələmə və qəsdən ağır bədən xəsarəti yetirmə maddələri ilə məhkum olunduğu məlum olub. O, özünün yeni cinayətini şərti cəza müddəti bitməmiş törədib.

Nəticədə qadın 9,5 il müddətinə azadlıqdan məhrum edilmişdi. Lakin məhkəmə prosesində ona son söz verilmədiyi üçün vəkillər apellyasiya şikayəti veriblər. Hökm ləğv edilib və iş yenidən baxılması üçün Voskresensk Şəhər Məhkəməsinə göndərilib. Qeyd olunub ki, vəkillər heyətinin qərarı qüvvədə saxlanıldığı üçün cəzanın ağırlığı və ya şərtləri dəyişə bilər, lakin təqsirlilik hökmü böyük ehtimalla dəyişməz qalacaq.

Hüseyn İbadlı

Latest articles

More like this