EvXəbərlərSuriya Prezidenti Trampa zəng etdi

Suriya Prezidenti Trampa zəng etdi

Published on

spot_img

Suriyanın keçid dövrünün prezidenti Əhməd əl-Şaraa mayın 31-də ABŞ lideri Donald Tramp ilə telefonla danışıb və bir təklif irəli sürüb.
BEY.AZ xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Dövlət başçıları Suriyanın bərpasına dəstək verilməsi imkanlarını müzakirə ediblər. Danışıqlar zamanı Əhməd əl-Şaraa vurğulayıb ki, Vaşinqtonun ölkəyə qarşı tətbiq etdiyi bütün sanksiyaları ləğv etməsi Suriyada iqtisadi yüksəlişə töhfə verəcək. Donald Tramp isə öz növbəsində regionda sabitliyin qorunmasının vacibliyini qeyd edib.
Bundan əlavə, ABŞ Prezidenti təhlükəsizliyi gücləndirmək və gərginliyin qarşısını almaq üçün diplomatiyaya xüsusi diqqət yetirməyə çağırıb.

Xatırladaq ki, 2025-ci ilin may ayında Avropa İttifaqının hakimiyyət orqanları Suriyaya qarşı bütün sanksiyaları aradan qaldırmaq planlarını elan etmişdi. Avropa İttifaqının diplomatiya rəhbəri Kaya Kallas bu qərarı əsaslandıraraq bildirmişdi ki, onlar suriyalı xalqa yeni, inklüziv və dinc bir Suriya qurmağa kömək etmək istəyirlər.

Hüseyn İbadlı

Latest articles

More like this