Tramp Administrasiyası son bir il ərzində təxminən 2000 diplomatı işdən çıxarıb, yaxud onları istefa verməyə məcbur edib.
BEY.AZ xəbər verir ki, bu barədə “NBC News” telekanalı məlumat yayıb.
Bildirilib ki, ABŞ diplomatları arasında həm yüksək vəzifəlilər, həm də sıravi üzvlər ixtisarlardan təsirlənib. İşindən olan diplomatların əksəriyyəti mediaya açıqlama verməkdən çəkinir. Kelli Adams-Smit isə jurnalistlərin suallarını cavablandırmaqdan imtina etməyib.
Kelli 30 illik xidmətdən sonra 2024-cü ildə Moldovaya səfir təyin edilib, lakin 2025-ci ilin fevralında Tramp Administrasiyası onun təyinatını ləğv edib. Dövlət Departamentində başqa vəzifə təklif olunmadığı üçün Kelli istefa verməyə məcbur olub. Diplomatın əri də xidmətdən ayrılıb.
“Təxminən 30 illik xidmətdən sonra hər şeyin belə bitəcəyini təsəvvür edə bilməzdim”, – o bildirib.
Dövlət Departamenti ixtisar olunan işçilərin sayını açıqlamaqdan imtina edib. Telekanalın məlumatında isə bildirilir ki, ixtisar dalğasından sonra ABŞ-ın diplomatik xidməti ciddi kadr çatışmazlığı ilə üzləşib. Avropanın 17, Afrikanın 41, Asiyanın 23, Şimali və Cənubi Amerikanın isə 17 ölkəsində ABŞ səfiri yoxdur.
Asif
