Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti jurnalistlərin “Santos”un hücumçusu Neymarla bağlı suallarını yumorla cavablandırıb.
BEY.AZ xəbər verir ki, “Globo” Ançelottinin sözlərini sitat gətirib:
“Dünya Kubokuna marağı bir az artırmaq istəyirəm, çünki bunu etməsək, mətbuat konfranslarında danışacaq heç bir şeyimiz olmayacaq. Bu, siz jurnalistlərə kömək edər, çünki Neymar məsələsi bitərsə, nədən danışacağıq?
Bu, yaxşı söhbət mövzusudur və eyni zamanda ayıq qalmağıma kömək edir”.
Mediada əvvəllər yayılmış xəbərlərdə Neymarın zədə səbəbindən qarşıdan gələn Dünya Kubokunu buraxa biləcəyi bildirilirdi. Hücumçunun 14 iyunda Braziliyanın Mərakeşlə qrup mərhələsi oyununa hazır olacağı vurğulanırdı. Əks halda, 34 yaşlı hücumçunun milli komandanın heyətindən kənarlaşdırılma riski artır.
