Britaniya ordusu əsas döyüş tankları olan “Challenger 2” tanklarını Rusiya ilə sərhəddə yerləşən Estoniyanın Vırumaa bölgəsinə göndərib.
BEY.AZ xəbər verir ki, bu barədə “Military Watch Magazine” məlumat yayıb.
Bildirilir ki, tanklar NATO-nun “Spring Storm” (“Bahar fırtınası”) hərbi təlimlərində iştirak edib. Təlimlər zamanı Rusiyaya qarşı genişmiqyaslı müharibə məşqi edilib.
Nəşr qeyd edir ki, “Challenger 2” tankları Britaniya hərbi gücünün simvollarından biri hesab olunsa da, onların Rusiya ordusuna qarşı yüksək intensivlikli döyüşlərdə imkanları məhduddur.
Məqalədə vurğulanır ki, Ukrayna müharibəsində bu tankların istifadəsi bir sıra problemləri üzə çıxarıb. Belə ki, “Challenger 2″lərin aşağı güc-çəki nisbəti, məhdud atəş imkanları və köhnəlmiş atəşi idarəetmə sistemi tənqid hədəfinə çevrilib.
Qeyd edək ki, son aylarda NATO ölkələri Rusiya sərhədləri yaxınlığında hərbi fəallığı artırıb. Bu isə Moskva ilə Qərb arasında gərginliyin daha da yüksəldiyini göstərir.
Adəm
