EvXəbərlərYeni səfir etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi

Yeni səfir etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi

Published on

spot_img

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığın yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dankan Normanı qəbul edib.
Xarici İşlər Nazirliyindən (XİN) BEY.AZ-a verilən məlumata görə, görüş zamanı səfir D. Norman etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.
Nazir səfiri yeni təyinatı münasibətilə təbrik edib, ona Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin mövcud vəziyyəti və perspektivləri, qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər Azərbaycan ilə Birləşmiş Krallıq arasında siyasi, iqtisadi, enerji, ticarət, investisiyalar, təhsil və digər sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini məmnunluqla qeyd ediblər.

Bununla yanaşı, münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi, yüksək səviyyəli qarşılıqlı təmasların və iqtisadi tərəfdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

C. Bayramov bölgədə mövcud vəziyyət, postmünaqişə dövründə yaranmış reallıqlar, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi, Azərbaycan tərəfindən atılan addımlar barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.
Səfir Dankan Norman Azərbaycanda fəaliyyətə başlamaqdan məmnunluğunu ifadə edib, ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də nəzərdən keçirilib.

Latest articles

Kombi Ustası Xidməti – Peşəkar Kombi Təmiri və Təmizlik ✔️

Kombi nasazdır? İsinmir? Su qızdırmır? Təzyiq düşür? Peşəkar kombi ustası xidməti ilə bütün kombi problemlərinin...

More like this

Kombi Ustası Xidməti – Peşəkar Kombi Təmiri və Təmizlik ✔️

Kombi nasazdır? İsinmir? Su qızdırmır? Təzyiq düşür? Peşəkar kombi ustası xidməti ilə bütün kombi problemlərinin...