EvXəbərlərPodolyakdan Lukaşenkoya hədə: Təqaüdə çatmaq istəyirsə...

Podolyakdan Lukaşenkoya hədə: Təqaüdə çatmaq istəyirsə…

Published on

spot_img

Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak Belarus prezidenti Aleksandr Lukaşenko ilə bağlı sərt açıqlama verib.
BEY.AZ xəbər verir ki, bu barədə “Politika Stranı” “Telegram” kanalı məlumat yayıb.
Podolyak Lukaşenkoya eyham vuraraq onun daha ehtiyatlı davranmasının vacib olduğunu bildirib.
“Təqaüd yaşına çatmaq istəyən, hakimiyyətin ötürülməsini və hətta hansısa sülalə qurmağı düşünən bir insan kimi, bu gün onun üçün ən yaxşı variant sadəcə susmaq olardı”, – deyə o qeyd edib.
Xatırladaq ki, bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Belarus ərazisindən Kiyev və Çerniqov istiqamətlərində Ukraynaya qarşı hücum hazırlandığını iddia etmişdi. O, həmçinin Minskə qarşı preventiv zərbə endirilə biləcəyini istisna etməmişdi.

Buna cavab olaraq Aleksandr Lukaşenko Zelenskiyə xəbərdarlıq edərək Ukrayna sərhədi yaxınlığında “çox ciddi hədəf”in yerləşdiyini bəyan etmişdi.
Adəm

Latest articles

More like this