Pentaqonun sənədləri ABŞ-ın xəstəlik daşıyan ağcaqanadlardan bioloji silah kimi istifadə etmək üçün təcrübələr apardığını təsdiqləyir.
BEY.AZ xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Nəşr 1977-ci ildə məxfilikdən çıxarılan və ABŞ Müdafiə Nazirliyinin Texniki İnformasiya Mərkəzinin saytında yerləşdirilən hesabatı əsas götürür. Proqram çərçivəsində ağcaqanadların isti səhra şəraitində açıq havada insanları nə dərəcədə effektiv dişlədiyini öyrənmək üçün real təcrübələr keçirilib.
Sınaqlar 1959-cu ilin sentyabr-oktyabr aylarında aparılıb. Məqsəd ağcaqanadların düşmən qüvvələrinə və ya digər yaşayış məntəqələrinə qarşı potensial bioloji silah kimi tətbiqini qiymətləndirmək üçün məlumat toplamaq olub.
Oxşar təcrübələr 1950-ci illərin ortalarında da keçirilib. 1955-ci ildə “Big Buzz” əməliyyatı çərçivəsində Corciya ştatının Savanna şəhərində əsasən afroamerikalıların yaşadığı əraziyə guya 300 min sarı qızdırma daşıyan ağcaqanad atılıb. Məqsəd həşəratların hədəf üzərində atıldıqdan sonra sağ qala biləcəyini yoxlamaq olub, lakin eksperimentdə istifadə olunan ağcaqanadlar infeksiyalı olmayıb.
Hüseyn İbadlı
