EvXəbərlər“Atletiko” və Braziliya millisinin sabiq üzvü öldü

“Atletiko” və Braziliya millisinin sabiq üzvü öldü

Published on

spot_img

“Atletiko Madrid”in və Braziliya millisinin sabiq hücumçusu, Leivinya soyadı ilə tanınan Joao Leiva Kampos Filio 76 yaşında dünyasını dəyişib.
BEY.AZ xəbər verir ki, bu barədə “hindular”ın mətbuat xidməti məlumat yayıb.
Ölümün səbəbi açıqlanmayıb. Futbolçu karyerası ərzində Leiva “Palmeyras”, “San- Paulo” kimi klublarda da çıxış edib.
Onun ən parlaq dövrü “Atletiko” və “Palmeyras”da olub. Leivinya Madrid klubunda dörd mövsümdə 93 oyun keçirib və 43 qol vurub. Braziliyalı hücumçu “Atletiko”ya 1976/77 mövsümündə İspaniya çempionluğunu və 1975/76 mövsümündə Kral Kubokunu qazanmağa kömək edib.
Joao “Palmeyras”da 267 oyun keçirib və 108 qol vurub. Bu komanda ilə iki Braziliya və iki San-Paulu ştat çempionluğunu qazanıb.

O, Braziliya millisində 21 oyun keçirib, yeddi qol vurub və bir məhsuldar ötürmə edib. DÇ-1974-də Braziliya millisinin heyətində olub.
Müəllif: Tural

Latest articles

More like this