“Real Madrid”in keçmiş qapıçısı İker Kasilyas klubun qarşıdan gələn prezident seçkiləri ilə bağlı şərh verib.
Səsvermə iyunun 7-də keçiriləcək.
BEY.AZ xəbər verir ki, “Marca”nın “Real Madrid”ə transfer oluna biləcək oyunçular, o cümlədən Joze Mourinyo və Erlinq Haaland barədə nə düşündüyünə dair sualına Kasilyas belə cavab verib:
“Nəticə etibarilə, bütün bunlardan biz – “Real Madrid” faydalanacaq. Klub üçün düzgün iş görmək istəyən namizədlər olduqda bu yaxşıdır. Və sonra hər kəs uyğun gördüyü birini seçəcək. Bütün bu adlar xoş qarşılanır. Haaland Mbappe və Vinisiusla yola gedə biləcəkmi? Bilmirəm, maraqlı olardı. Bazar günü nə olacağını görəcəyik. Kim gəlirsə gəlsin, əsas odur ki, bu, Madrid üçün ən yaxşısı olsun”.
Qarşıdan gələn seçkilərdə Kasilyas klubun hazırkı rəhbəri Florentino Peresin rəqibi Enrike Rikelmeni dəstəkləyəcək.
