ESPN DÇ-2026 üçün proqnozları özündə əks etdirən geniş məqalə dərc edib.
BEY.AZ xəbər verir ki, məqalədə bütün oyunların hesabları proqnozlaşdırılır. Yalnız üçüncü yer uğrunda matç üçün heç bir proqnoz yoxdur.
Bu proqnoza görə, İspaniya və Argentina Dünya Kubokunun finalında qarşılaşacaq və İspaniya 2:1 hesabı ilə qalib gələcək.
İspaniya millisi Dünya Kubokunu yalnız bir dəfə, 2010-cu ildə qazanıb. O vaxtdan bəri komanda 1/8 finaldan o yana irəliləməyib.
2022-ci ildə keçirilən sonuncu Dünya Kubokunu Argentina millisi qazanıb.
