İmişlidə 11-ci sinif məzunu Araz çayında boğulub.
BEY.AZ Teleqraf-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Araz çayının rayonun Rəsullu və Məhəmmədli kəndləri ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, 11-ci sinif məzunu T. Mirişov naməlum səbəbdən çaya düşərək boğulub. Hadisədən sonra əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Hazırda gəncin meyitinin tapılması istiqamətində axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
