EvXəbərlərTrampın paylaşdığı video olay oldu

Trampın paylaşdığı video olay oldu

Published on

spot_img

ABŞ Prezidenti Donald Tramp özü barəsində süni intellektlə (Sİ) hazırlanmış video paylaşıb.
BEY.AZ xəbər verir ki, Trampın təqibçilərindən biri tərəfindən hazırlanan videoda ABŞ liderinin adı 45 dəfə çəkilir.
Videoda Amerika prezidenti müxtəlif ölkələrə səyahət edir və dünya liderləri, eləcə də adi vətəndaşlar tərəfindən coşğu ilə qarşılanır.
Görüntülərdə Trampın paraşütlə uçduğu, skafandr geyinərək Aya Amerika bayrağını sancdığı, dəvəyə mindiyi, Hindistan küçələrində motosiklet sürdüyü görünür.
Bu paylaşım Trampın süni intellektdən istifadəsinin daha bir nümunəsidir. Prezident əvvəllər onu İsa Məsihə bənzədən süni intellekt şəklini paylaşdıqdan sonra tənqidlərlə üzləşmişdi. Dini mühafizəkarların etirazı əks-səda doğurduqdan sonra paylaşım silinmişdi.

Ləman

Latest articles

More like this