Xəbər verdiyimiz kimi, Naxçıvanda tanınmış musiqiçi, Prezident mükafatçısı, Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru Cahangir Qurbanovun 7 yaşlı oğlu kanalda bataraq həyatını itirib.
BEY.AZ xəbər verir ki, onun bir il öncə oğlu ilə bağlı yazdığı status yenidən diqqət çəkib:
“Elmir – Dünya bu adı çox eşidəcək”.
Sözügedən paylaşım görənləri kövrəldib.
Vəfat edən azyaşlının futbol oynarkən çəkilmiş kadrlarını təqdim edirik:(Milli.Az)
