2026-cı il Dünya Kubokunun başlamasından əvvəl Meksikada problemlər yaranıb.
BEY.AZ xəbər verir ki, Mexiko şəhərində kütləvi etirazlar və mitinqlər başlayıb. Etirazçılar sabah, 11 iyunda, 2026-cı il Dünya Kubokunun açılış mərasiminin və ilk oyununun keçiriləcəyi “Estadio Azteca” stadionuna girişi bağlayıblar.
Müxtəlif beynəlxalq mənbələrə görə, mitinq və tətillər təhsil işçiləri həmkarlar ittifaqının nümayəndələri tərəfindən təşkil edilib. Onlar əmək haqlarının artırılmasını tələb edirlər.
