EvXəbərlərBu ölkədə prezident və nazirlərə nikah bağlamaq hüququ verildi

Bu ölkədə prezident və nazirlərə nikah bağlamaq hüququ verildi

Published on

spot_img

Slovakiya Prezidenti Peter Pelleqrini dövlət başçısı, deputatlar və nazirlərin nikah mərasimlərini keçirməsinə icazə verən ailə qanununa dəyişiklikləri imzalayıb.
BEY.AZ xəbər verir ki, bu barədə məlumatı Peter Pelleqrini özünün “Facebook” səhifəsində paylaşıb.
Prezidentin özü bu yeni hüquqdan istifadə etmək niyyətində olmadığını bildirib. O, heç vaxt belə bir səlahiyyət istəmədiyini vurğulayıb və zarafatla vətəndaşlardan gələcəkdə ondan belə xahişlərlə müraciət etməmələrini istəyib, eyni zamanda bütün yeni evlənənlərə xoşbəxtlik arzulayıb.
Qanuna edilən dəyişikliklər 1 sentyabr 2026-cı il tarixindən qüvvəyə minəcək. Beləliklə, Slovakiya dövlətin ali vəzifəli şəxslərinin insanları evləndirmək hüququna malik olduğu ilk ölkə olacaq.
Qeyd edək ki, dövlət qulluqçularının nikah bağlamaq hüququna malik olması praktikası bir çox ölkədə fərqli formalarda mövcuddur. Avropanın əksər ölkələrində bu mərasimləri şəhər merləri və ya yerli hakimiyyət orqanlarının nümayəndələri icra edə bilərlər.

ABŞ-ın bir sıra ştatlarında isə nikahın qeydiyyatı üçün din xadiminin iştirakı tələb olunmur; bu prosesi ədliyyə hakimləri, səlahiyyətli şəxslər və bəzən hətta gəmi kapitanları həyata keçirə bilərlər.
Hüseyn İbadlı

Latest articles

More like this