ABŞ-ın Silahlı Qüvvələrinin yüksək vəzifəli nümayəndələri yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarını ələ keçirmək üçün İranda quru əməliyyatı planlarını nəzərdən keçiriblər.
BEY.AZ xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrinə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn ötən ayın sonlarında Floridada Mərkəzi Komandanlığın qərargahına təcili səfər edib və mümkün əməliyyatla bağlı qapalı brifinq keçirib. O, sonra Prezident Donald Trampa mümkün variantlar barədə məlumat verib.
ABŞ administrasiyası yüksək riskli quru əməliyyatını təsdiqləməyə yaxın olub, lakin Donald Tramp bu variantdan imtina edib. Ağ Ev rəhbəri İrandan mümkün sərt cavab, ABŞ qoşunları arasında itki riski və qlobal iqtisadiyyatı pozmaq təhlükəsi barədə xəbərdarlıqlardan sonra əməliyyatdan imtina qərarı verib.
