ABŞ Müdafiə Nazirliyi uçan naməlum obyektlərin (UNO) təsvirləri olan növbəti məxfi sənədlər partiyasını ictimaiyyətə açıqlayıb.
BEY.AZ xəbər verir ki, bu barədə Britaniyanın “The Independent” nəşri Pentaqonun arxiv kadrlarına istinadla məlumat yayıb.
Bildirilib ki, materiallar toplusuna videolar, fotoşəkillər və şahid ifadələri daxildir.
2025-ci ilin iyul ayına aid videolardan birində gecə səmasında hərəkət edən iki qırmızı kürə görmək mümkündür. ABŞ Müdafiə Nazirliyinin bəyanatında bildirilir ki, bu qeyri-adi hadisənin şahidi avtomobilini park edərkən evinin arxa həyətində intensiv parlaq işıqlar görüb.
Your browser doesn’t support video.
Please download the file: video/mp4
Bu, ABŞ Prezidenti Donald Trampın göstərişi ilə məxfiliyi ləğv edilən UNO sənədlərinin son hissəsidir. Genişmiqyaslı idarələrarası layihədə Ağ Ev, Milli Kəşfiyyat Direktorluğu, Energetika Nazirliyi, FTB və NASA iştirak edib.
Xatırladaq ki, Tramp UNO haqqında məlumatları ictimaiyyətə açıqlamaq niyyəti barədə bu ilin aprelində elan etmişdi. O, yaxın keçmişdə bu mövzunu naməlum obyektləri müşahidə etmiş amerikalı hərbi pilotlarla da müzakirə etdiyini dəqiqləşdirmişdi. Amerika liderinin sözlərinə görə, pilotlar “inanılması mümkün olmayan şeylər gördüklərini” bildiriblər.
Hüseyn İbadlı
