Almaniya millisinin keçmiş baş məşqçisi Yurgen Klinsmann milli komandanın nümayəndələrinin Dünya Kubokunda siyasi açıqlamalar verməkdən çəkinməli olduqlarını bildirib.
BEY.AZ xəbər verir ki, Klinsmann ARD-yə deyib:
“Siyasi mesajlar çatdırmaq üçün komanda ilə hansısa bir ölkəyə gedə bilməzsən. Bu, səhvdir. Əgər bunu uzaqdan – istər Qətər, istərsə də Rusiyadan etsəm, özümə pis karma gətirmiş olaram”.
2022-ci ildə Qətərdə keçirilən Dünya Kubokunda Almaniya milli komandası Yaponiya ilə oyundan əvvəl ev sahibi ölkədə insan haqlarının pozulmasına etiraz olaraq komanda şəklində ağızlarını örtmüşdü . 2018-ci ildə Rusiyada keçiriləcək Dünya Kubokundan əvvəl alman siyasətçiləri turnirin mümkün boykotunu müzakirə etmişdilər.
“Və ən əsası, Qətər heç bir dəlil olmadan inanılmaz dərəcədə ləkələnib. Bu, sizin komandanıza zərərlidir”, – deyə Klinsmann şərh edib .
Klinsmann izah edib ki, siyasətlə idman arasında əlaqə olsa da, bunun bir yerdə bitməsi lazımdır: “Bunu edə bilməzsən. Biz bu dərsi Rusiya və Qətərdən öyrəndik”.
Dünya Kuboku 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçirilir.
