EvXəbərlərAlmatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatdı

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatdı

Published on

spot_img

Almatıda “Almatı – Türk dünyasının gənclər paytaxtı 2025” layihəsi çərçivəsində təşkil olunan Türk Dövlətləri Təşkilatının (TDT) Beynəlxalq Gənclər Düşərgəsinin rəsmi bağlanış mərasimi keçirilib.
BEY.AZ Qazaxıstan KİV-ə istinadla xəbər verir ki, tədbirin iştirakçıları Qazaxıstan, Türkiyə, Azərbaycan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan olan gənc liderlərdir.
Üç gün ərzində onlar türk məkanında əməkdaşlığın möhkəmləndirilməsinə və gənclər arasında qarşılıqlı əlaqələrin inkişafına yönələn maarifləndirici, ekoloji və mədəni tədbirlərdə iştirak ediblər.
Sonuncu gün düşərgənin bağlanış mərasimi keçirilib, üçgünlük proqramın yekunları müzakirə olunub və iştirakçılara sertifikatlar təqdim edilib. Həmçinin “What I take with me” adlı açıq dialoq təşkil olunub. Dialoq zamanı gənclər təəssüratlarını, qazandıqları təcrübəni və gələcək əməkdaşlıq üçün ideyalarını bölüşüblər.

İştirakçılar Almatı İncəsənət Muzeyini də ziyarət edərək şəhərin müasir mədəni məkanı ilə tanış olublar.

TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi Türk dünyasının gənc liderləri arasında təcrübə mübadiləsi, yeni təşəbbüslərin inkişafı və əlaqələrin möhkəmləndirilməsi üçün platformaya çevrilib.

Latest articles

More like this