EvXəbərlərParaşütçüləri daşıyan təyyarə qəzaya uğradı

Paraşütçüləri daşıyan təyyarə qəzaya uğradı

Published on

spot_img

ABŞ-ın Orta Qərb bölgəsində yerləşən Batler şəhərində paraşütçüləri daşıyan təyyarə qəzaya uğrayıb.
BEY.AZ xəbər verir ki, bu barədə məlumatı “Fox News” telekanalı yayıb.
Telekanalın verdiyi məlumata görə, aviasiya qəzası bazar günü səhər saatlarında yerli hava limanının yaxınlığında, Kanzas-Siti şəhərindən təxminən 105 kilometr cənubda baş verib. Uçuşa başladıqdan sonra hava gəmisinin kursu kəskin şəkildə dəyişib və nəticədə təyyarə magistral yolun yaxınlığında yerə çırpılıb. Qəza zamanı göyərtədə olan 11 paraşütçü və pilotun hamısı həlak olub.

Hüseyn İbadlı

Latest articles

More like this