İyunun 13-də və 14-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 10 tüfəng, 11 patron darağı və 362 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Bu barədə Publka.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
