EvXəbərlərÖlkənin yüksələn ulduzu sirli şəkildə öldü

Ölkənin yüksələn ulduzu sirli şəkildə öldü

Published on

spot_img

Meksikanın ən parlaq istedadlarından biri hesab edilən qadın futbolunun yüksələn ulduzu 19 yaşında vəfat edib.
BEY.AZ xəbər verir ki, “Need To Know”a görə, “Mazatlan” və “Obson Dinamo” gənclər komandalarının qapıçısı Amerika İzabel Akosta Hernzndes evində ölü tapılıb.
Onun Mazatlandakı evinə təcili yardım xidmətləri çağırılıb, ərazi araşdırma üçün mühasirəyə alınıb və ölüm səbəbini müəyyən etmək üçün cəsədi yaxınlıqdakı morqda saxlanılıb.
Hernandesin ölümü, Villa Union, Konkordia, Rosario və Eskuinapa ətrafındakı kənd yerlərində zorakılıq xəbərləri səbəbindən Sinaloa ştatının cənubunda təhlükəsizliklə bağlı narahatlıqların artması fonunda baş verib.

Lakin rəsmilər futbolçunun ölümünü heç bir cinayətkar fəaliyyətlə əlaqələndirmirlər. İstintaq davam edir.

2020-ci ildən 2023-cü ilə qədər Amerika Mazatlanın 19 yaşadək gənclər komandasında oynayıb, oradan ayrıldıqdan sonra karyerasını “Obson Dinamo” komandasında davam etdirərək TDP Liqasında (dördüncü səviyyəli Meksika divizionu) oynayıb.

Latest articles

More like this