Məşhur amerikalı aktrisa Cennifer Lopez Ben Afflekdən boşanmasını özünü dərketmə prosesi kimi qiymətləndirib.
BEY.AZ xəbər verir ki, aktrisa bu barədə “SmartLess” podkastına danışıb.
“Son 20 il bir axarda keçdi, son beş il isə tamamilə qarışıq oldu. Son iki il isə bütün bunlardan sağalma prosesi yaşadım və bu müddətdə özümü həqiqətən tanıdım”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, o, hazırda iki il əvvəlki versiyasından tamamilə fərqlənir.
“İndi mən həyatıma əsl mənada baxa, onu olduğu kimi qiymətləndirə bilirəm. Özüm üçün yaratdıqlarımdan həqiqətən xoşbəxtəm”, – deyə Lopez bildirib.
Mayın 26-da Lopez Los-Ancelesdə film premyerasına qatılıb. Aktrisa qapalı tədbirə “Versace” brendinin 2024-cü il kolleksiyasından olan, dekolteli və şəffaf əlavəli qara maksi libasda gəlib. O, fotoqrafların qarşısında sərbəst saç düzümü və axşam makiyajı ilə poza verib.
Hüseyn İbadlı
