EvXəbərlərUniversitetə "imtahansız" daxil olan vəhşi: Dərslər dayandırıldı

Universitetə “imtahansız” daxil olan vəhşi: Dərslər dayandırıldı

Published on

spot_img

Kolumbiya Milli Universitetinin Amazonya kampusunda qeyri-adi hadisə baş verib. Kampusun koridorlarında nəhəng yaquarın görünməsi səbəbindən əyani dərslər müvəqqəti dayandırılıb.
“BEY.AZ yerli “Tiempo” qəzetinə istinadən xəbər verir ki, hadisə çərşənbə axşamı səhər saatlarında qeydə alınıb.
Məlumata görə, universitet ərazisində tələbələr koridorlarda sərbəst hərəkət edən iri yırtıcı ilə üz-üzə gəliblər.
Hadisədən sonra universitet rəhbərliyi dərhal təxliyə və təhlükəsizlik tədbirləri görüb. Əraziyə polis, yanğınsöndürmə xidməti və Cənubi Amazoniyanın Dayanıqlı İnkişaf Xidmətinin əməkdaşları cəlb olunub.
Məlumata görə, yaquar aqressiv davranmayıb, əksinə koridorlarda sakit şəkildə gəzişib, vaxtaşırı uzanaraq dincəlib.

Qısa müddət sonra mütəxəssislər tərəfindən zərərsiz şəkildə tutulan heyvan baytarlıq mərkəzinə aparılıb. Onun 118 kiloqram çəkisi olan erkək yaquar olduğu müəyyən edilib.

Yaquarın tutulmasında iştirak edən baytarlar heyvanın dəri infeksiyasından əziyyət çəkdiyindən şübhələnirlər. O, yaxın günlərdə sərbəst buraxıla bilər.
Müəllif: Adəm

Latest articles

More like this