Çində 9 yaşlı qız qab sındırdığı üçün cəzadan qorxaraq evdən qaçıb və 22 il geri qayıtmayıb.
BEY.AZ Çin mediasına istinadən xəbər verir ki, hadisə 2004-cü ildə Quandonq əyalətində baş verib.
Məlumata görə, Liu adlı qız dostunun evində olarkən hamamda şüşə qabı sındırıb və anasının qəzəbindən qorxaraq evdən uzaqlaşıb.
Valideynlər onu günlərlə axtarsa da, tapa bilməyiblər. Daha sonra qız bir kişi tərəfindən tapılaraq övladlığa götürülüb.
İllər sonra Liu polis əməkdaşlarının köməyi ilə ailəsini taparaq doğma kəndinə qayıdıb. Onun üçün kənddə təntənəli qarşılanma təşkil olunub.
Onun ailəsi ilə qalmaqla bağlı qərarı hələlik dəqiqləşməyib.
Müəllif: Roza
