fbpx

Sabiq qərargah rəisinə hökm oxundu



Bakıda yerləşən N saylı hərbi hissənin sabiq qərargah rəisi rüşvətə görə həbs edilib.

BEY.AZ “Qafqazinfo”ya istinadən bildirir ki, kapitan rütbəsi ilə xidmət edən Vüsal Əliyev bir neçə hərbçidən külli miqdarda rüşvət alıb.

Kapitan Əliyevə qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham verilib.

Cinayət işi Bakı Hərbi Məhkəməsində araşdırılıb.

V. Əliyev xidmətlərinə görə müxtəlif medallarla təltif edilib. Həmçinin o, Azərbaycanı Əfqanıstanda təmsil edən zabit kimi xidmət edib. Müdafiə tərəfi bunları nəzərə alaraq məhkəmədən həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edib.

Məhkəmə təqsirləndirilən şəxsin xidmətlərini yumşaldıcı hal hesab edib, ona münasibətdə cəza təyin edilərkən Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddinin ən aşağı həddindən az cəza təyin etmə) maddəsini tətbiq edib.

Hökmə əsasən, Vüsal Əliyev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin