fbpx

Qanunsuz yolla gətirilən məhsullar aşkarlandı

BEY.AZ informasiya agentliyi xəbər verir


Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları qanunsuz yolla ölkəyə gətirilməsinə cəhd göstərilən müxtəlif məhsullar aşkar ediblər.

Metbuat.az xəbər verir ki, daxil olan əməliyyat məlumatı əsasında Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “DAF” markalı yük-nəqliyyat vasitəsi saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Hal şahidlərinin iştirakı ilə keçirilən baxış zamanı, nəqliyyat vasitəsinin arxa yük yerindəki çənin içərisində sellofan torbaların və karton qutuların olduğu müəyyən edilib.

Yoxlama zamanı 74 500 ədəd inyeksiya vasitəsinin ucluqları, 49 600 ədəd müxtəlif markalı siqaretlər, 3980 qutu elektron siqaret, üzərində “Azərbaycan Respublikası, alkoqollu içkilər, idxal” yazıları olan 20 000 ədəd aksiz markaları, 24 ədəd müxtəlif markalı mobil telefonlar və 17 ədəd qidalandırıcı cihaz , 6 ədəd smart saat, 55 ədəd kabelsiz əlaqə vasitəsi(ratsiya) və qidalandırıcı cihaz aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Qanunsuz yolla gətirilən müxtəlif məhsullar aşkarlandı- FOTOLAR

Qanunsuz yolla gətirilən müxtəlif məhsullar aşkarlandı- FOTOLAR

Qanunsuz yolla gətirilən müxtəlif məhsullar aşkarlandı- FOTOLAR

Qanunsuz yolla gətirilən müxtəlif məhsullar aşkarlandı- FOTOLAR

Qanunsuz yolla gətirilən müxtəlif məhsullar aşkarlandı- FOTOLAR





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu