Xalq artisti Zabit Nəbizadə muğam ifaçısı Mirələm Mirələmovun onun övladı Əmrahın toy məclisinə qatılmasından danışıb.
BEY.AZ xəbər verir ki, xanəndə “Qonaqcanlı” verilişində bununla bağlı sualı cavablandırıb:
“Mirələm atasının 40 günü çıxana qədər gözləyərdi. Ona dedim ki, 3 və 7 mərasimini yola verək və get toylara. Sonra deyəcəklər getmir toya. Çünki mənim də başıma gəlib. Atam vəfat edəndə evdən çıxmadım, söz yayıldı ki, artıq toylara getmir. Camaatdan toy üçün beh almışdı. Dedim, qaytarmaq olmaz. Bilmirəm indi gedir, ya yox. Amma mənim yanımda oldu”.
Mirələm isə açıqlamasında “Fəxr edirəm ki, Zabit müəllim kimi ustadım olub. Onun xoş günündə yanında olmağı özümə borc bildim. Həyatdır, yaşayırıq. Hər şey insan üçündür” sözlərini əlavə edib.
