EvXəbərlərPezeşkianın imzaladığı tarixi sənəd - FOTOSU yayıldı

Pezeşkianın imzaladığı tarixi sənəd – FOTOSU yayıldı

Published on

spot_img

İranın dövlət xəbər agentliyi IRNA, İran prezidenti Məsud Pezeşkianın əlində ABŞ ilə imzalanmış memorandum tutduğu fotoşəkillərini yayımlayıb.
BEY.AZ xəbər verir ki, fotoşəkillərin birində Pezeşkian ingilis dilində, digərində isə fars dilində iki ölkənin prezidentlərinin – özünün və ABŞ prezidenti Donald Trampın imzaları olan sənəd tutub.
18 iyun gecəsi İran və ABŞ 28 fevralda başlayan hərbi münaqişəyə son qoymağı hədəfləyən bir memorandum imzalayıblar.
Memorandum həmçinin ABŞ-ın dəniz blokadasını nə vaxt ləğv edəcəyi və İranın Hörmüz boğazında gəmiçiliyi bərpa edəcəyi vaxt cədvəlini də müəyyən edir.

Müəllif: Tural

Latest articles

More like this