EvXəbərlərRonaldonun bacısı odun üstünə yağ tökdü, bu paylaşımı bəyəndi

Ronaldonun bacısı odun üstünə yağ tökdü, bu paylaşımı bəyəndi

Published on

spot_img

Ronaldo ailəsi Portuqaliyanın Dünya Kubokuna uğursuz başlamasından sonra odun üstünə yağ tökməyə başlayıb.
BEY.AZ xəbər verir ki, Kriştianonun bacısı Bruno Fernandesi sərt tənqid edən paylaşımı bəyənib.
Onun bəyəndiyi paylaşımda Bruno qorxaqlıqda ittiham olunur: “Fernandes milli komandada tamamilə fərqli bir oyunçuya çevrilir. Portuqaliyanın ən çox liderə ehtiyacı olduqda, o, meydanda yoxa çıxır və məsuliyyəti başqalarına ötürür.
İstedad və ajiotaj çoxdur, bəs böyük matçlarda qətiyyətli hərəkətlər haradadır? Azarkeşlərin oyun qızışanda yoxa çıxan yox, təzyiqə tab gətirə bilən birinə ehtiyacı var”.
Görünür, Portuqaliya yığması Konqo DR ilə heç-heçə etdikdən sonra paltardəyişmə otağında vəziyyət daha da gərginləşib. Turnir yeni başlayıb və artıq komanda ətrafında mübahisələr yaranıb.

Müəllif: Tural

Latest articles

More like this