Əfsanəvi italyan hücumçu İqor Protti 19 iyun gecəsi 58 yaşında vəfat edib.
BEY.AZ xəbər verir ki, bu barədə “Corriere dello Sport” məlumat yayıb.
O, uzun müddətdir ki, yoğun bağırsaq xərçəngi ilə mübarizə aparırdı və keçmiş hücumçunun ölümünə səbəb olan da məhz bu xəstəlikdir.
1995/96 mövsümündə “Bari”də oynayan Protti gözlənilmədən A Seriyasının bombardiri oldu. Hücumçu “Bari” ilə yanaşı, “Rimini”, “Livorno”, “Messina”, “Latsio”, “Napoli” və “Reccina” klublarında da çıxış edib.
O, “Livorno” ilə 2001 və 2002-ci illərdə Seriya C1-də, 2003-cü ildə isə Seriya B-də ən çox qol vuran oyunçu olub. Protti İtaliya futbolunun hər üç yüksək divizionunda ən çox qol vuran iki oyunçudan biridir.
Üstəlik, Protti mövsümün sonunda yüksək liqadan düşən komandada oynayarkən A Seriyası tarixində bombardir olan yeganə hücumçudur.
