fbpx

Mbappe və Haaland kimi futbolçuları əmrinə verək



“Fənərbaxça”nın gündəmində olan Joze Mourinyo Səudiyyə Ərəbistanının “Əl-Qadsiah” klubuna gedə bilər.

BEY.AZ xəbər verir ki, iddialara görə, klub təklifi qəbul edəcəyi təqdirdə Mourinyoya Mbappe, Haaland kimi futbolçularla işləmək fürsəti verməyə hazır olduğunu bildirib. Səudiyyə Ərəbistanı Pro Liqasının baş futbol meneceri Maykl Emenalo bununla bağlı İngiltərənin “The Telegraph” qəzetinə diqqətçəkən açıqlamalar verib. O bildirib ki, Mourinyonun Səudiyyə Ərəbistanına transferi mümkün olsa da hələlik razılıq yoxdur. Onun sözlərinə görə, Mourinyonun transferi üçün əvvəlcə şərtlər uyğun olmalıdır.

Emenalo Mbappe və Haaland ilə müqavilə imzalamaq imkanı ilə bağlı suala “Beynəlxalq ulduzla müqavilə bağlamaq fürsəti yarananda, biz bunu gecikdirməyəcəyik. Onları Səudiyyə Ərəbistanı Liqasına cəlb etmək üçün lazım olan addımları atacağıq” deyə bildirib.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin