EvXəbərlərİrəvan meriyası qarşısında kütləvi dava: Müxalifət hakimiyyəti ittiham etdi

İrəvan meriyası qarşısında kütləvi dava: Müxalifət hakimiyyəti ittiham etdi

Published on

spot_img

Ermənistanın paytaxtı İrəvanda iyunun 23-də meriya binasının qarşısında müxalifətlə hakimiyyət tərəfdarları arasında kütləvi dava baş verib.
BEY.AZ xəbər verir ki, insident zamanı “Ana Ermənistan” fraksiyasının deputatı Sarkis Ter-Yesayan üz nahiyəsindən xəsarət alıb.
Deputat jurnalistlərə açıqlamasında hadisəni təxribat adlandıraraq qarşı tərəfi hücumda ittiham edib.
“Onlar kaftar sürüsü kimi üzərimizə hücum etdilər”, – deyə o bildirib.
Ter-Yesayanın sözlərinə görə, təxminən yüz nəfər, o cümlədən mühafizə əməkdaşları müxalifətin üç nümayəndəsinə qarşı zor tətbiq edib.

O, həmçinin partiya yoldaşı Andranik Tevanyan barədə səsləndirilən ittihamları rədd edərək, “Tevanyan təmizdir, o satqın deyil” ifadəsini işlədib.

Müxalifətçi siyasətçi qeyd edib ki, xalqın verdiyi mandat əsasında şəhər şurasının iclaslarında iştirak etməyə davam edəcəklər.
Ter-Yesayan əlavə edib ki, seçkilər zamanı pozuntular baş verib, “Ana Ermənistan” blokunun səsləri oğurlanıb və bir çox seçki məntəqəsində nəticələr etibarsız sayılıb.
Adəm

Latest articles

More like this