EvXəbərlərMəzuniyyətdə olan əməkdaşın işini görənlərə əlavə ödəniş edilməlidir

Məzuniyyətdə olan əməkdaşın işini görənlərə əlavə ödəniş edilməlidir

Published on

spot_img

İşəgötürən məzuniyyətə çıxan əməkdaşın vəzifələrini müvəqqəti olaraq yerinə yetirən işçilərə əlavə ödəniş etməyə borcludur.
BEY.AZ xəbər verir ki, bu barədə HR üzrə ekspert Oksana Volkina “Abzas” nəşrinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, praktikada əlavə ödənişin məbləği adətən məzuniyyətə çıxan işçinin əməkhaqqının təxminən 30 faizi həcmində olur. Lakin bu hüquqdan yalnız rəsmi əmək müqaviləsi ilə çalışan əməkdaşlar yararlana bilirlər.
Ekspert qeyd edib ki, mülki-hüquqi müqavilə ilə çalışan şəxslərə Əmək Məcəlləsinin normaları tətbiq edilmir. Əgər məzuniyyətdə olan əməkdaşın vəzifələri digər işçilərə həvalə olunursa və onlar bunu öz əsas işlərinə əlavə olaraq yerinə yetirirlərsə, həmin iş mütləq ödənilməlidir.
Bildirilib ki, əlavə ödənişin məbləği işçi ilə işəgötürən arasında razılaşma əsasında müəyyən edilir və bu məbləğ şirkətin sənədlərində rəsmiləşdirilməlidir.

Oksana Volkina onu da əlavə edib ki, bu cür kompensasiya könüllü bonus deyil, işəgötürənin öhdəliyidir.
Adəm

Latest articles

More like this