Smartfonlarda istifadə olunan USB-C enerji toplama kabellərinin orta xidmət müddəti təxminən 1-2 ildir.
BEY.AZ xəbər verir ki, bu barədə BGR nəşri məlumat yayıb.
Bildirilib ki, kabellərin sıradan çıxmasının əsas səbəbləri yumşaq örtüyün aşınması, tez-tez əyilmə və USB-C konnektorlarının zədələnməsidir.
Daha keyfiyyətli və möhkəm materialdan hazırlanmış kabellər isə nisbətən daha uzun ömürlü olur.
Mütəxəssislər kabellərin ömrünü uzatmaq üçün onları çıxararkən naqildən deyil, başlıq hissəsindən tutmağı, istifadə edilmədikdə isə düzgün şəkildə bükülüb saxlanılmasını və kəskin qatlanmalardan qorunmasını tövsiyə edir.
Müəllif: Roza
