Oman Sultanlığı Şura Məclisinin sədri Xalid Hilal Nasir Əl-Maavali Azərbaycana işgüzar səfərə gəlib.
Bu barədə BEY.AZ-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Səfər çərçivəsində Şura Məclisinin sədri Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak edəcək, tədbirə qatılan bir sıra ölkələrin nümayəndə heyətləri ilə görüşlər keçirəcək.
