Ukrayna Prezidenti Volodimir Zelenski kəşfiyyata və orduya Rusiyanın müharibəni genişləndirmək üçün istifadə etdiyi obyektlərə qabaqlayıcı zərbələr endirməyi əmr edib.
BEY.AZ xəbər verir ki, bu barədə o, özünün “Telegram” kanalında bildirib.
Zelenski bildirir ki, Rusiya hava hücumundan müdafiə (HHM) sistemlərini digər istiqamətlərdən çıxararaq Moskvaya, Valdaya və Krım körpüsünə daha yaxın yerlərdə cəmləşdirir: “Təkcə Moskva regionuna onlar S-400, S-500 və “Pantsir” sistemləri üçün yüzlərlə buraxılış qurğusu yerləşdirilib. Rusiyanın digər regionlarından Valdaya 90-a yaxın HHM buraxılış qurğusu cəmləşdirilib, Rusiya rəhbərliyinin rahatlığını qorumaq üçün orada həmçinin xüsusi HHM diviziyası formalaşdırılır”.
Ukrayna lideri qeyd edib ki, artıq Rusiyanın 60-dan çox regionunda yanacaq qıtlığı, eləcə də benzin və dizelin qiymətlərində kəskin artım müşahidə olunur.
