EvXəbərlərNaxçıvan Dövlət Universiteti dünyanın ən yaxşı TOP 800-1000 universiteti arasında

Naxçıvan Dövlət Universiteti dünyanın ən yaxşı TOP 800-1000 universiteti arasında

Published on

spot_img

Naxçıvan Dövlət Universiteti (NDU) dünyanın ən nüfuzlu ali təhsil reytinq təşkilatlarından biri olan Times Higher Education tərəfindən açıqlanan THE Impact Rankings 2026 nəticələrinə əsasən, universitetlər arasında dünyanın ən yaxşı 801–1000 universiteti sıralamasında yer alıb.
BEY.AZ xəbər verir ki, NDU Dayanıqlı İnkişaf Məqsədləri (SDGs) üzrə fəaliyyətlərinin qiymətləndirildiyi reytinqdə aşağıdakı nəticələri əldə edib:
SDG 3 – Sağlamlıq və rifah: 801–1000
SDG 4 – Keyfiyyətli təhsil: 401–600
SDG 7 – Əlçatan və təmiz enerji: 401–600

SDG 8 – Layiqli əmək və iqtisadi artım: 801–1000
SDG 9 – Sənaye, innovasiya və infrastruktur: 601–800

SDG 10 – Bərabərsizliyin azaldılması: 301–400
SDG 11 – Dayanıqlı şəhərlər və icmalar: 601–800
SDG 17 – Məqsədlər naminə tərəfdaşlıq: 601–800
Universitet ümumi qiymətləndirmədə 55.4 bal toplayaraq qlobal miqyasda ən yaxşı universitetlər arasında mövqeyini möhkəmləndirib. Bu nəticə universitetin təhsil, tədqiqat, innovasiya, sosial məsuliyyət və dayanıqlı inkişaf sahələrində həyata keçirdiyi fəaliyyətlərin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.

Latest articles

More like this