EvXəbərlərDənizçilərin peşə bayramı münasibətilə tədbir keçirildi

Dənizçilərin peşə bayramı münasibətilə tədbir keçirildi

Published on

spot_img

25 iyun – Beynəlxalq Dənizçi Günü və Azərbaycan dənizçilərinin peşə bayramı münasibətilə Bakı Dəniz Vağzalında tədbir keçirilib.
BEY.AZ xəbər verir ki, tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC (ADY), Bakı Beynəlxalq Dəniz Limanı və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) rəsmi şəxsləri çıxış edib. Çıxışlarda liman əməkdaşlarının, dənizçilərin və dəmiryolçuların birgə peşəkar fəaliyyətinin Azərbaycanın nəqliyyat-logistika sisteminin inkişafındakı rolu vurğulanıb.
Tədbir çərçivəsində həmçinin dənizçilərin peşə bayramına həsr edilmiş “Dənizdən limana…” sərgisinin açılışı baş tutub. Müxtəlif foto kompozisiyalarla dənizin gücü, bu gücü ram edən dənizçilərin fədakar əməyi və bu əməyin sahildə davamı nümayiş etdirilir. Fotoların dili ilə dənizdə başlayan hər səfərin limanda yeni mərhələyə qədəm qoyduğu ifadə olunur. Yüklərin təhlükəsiz və fasiləsiz hərəkəti dənizçilərin peşəkarlığı, liman əməkdaşlarının zəhməti və dəmir yolu infrastrukturunun vəhdəti sayəsində mümkün olur. Bu baxımdan Bakı Limanı dənizlə quru arasında etibarlı körpü rolunu oynayır.
Sərgidə Azərbaycan rəssamlarının dəniz mövzusuna həsr olunmuş əsərləri ilə yanaşı, dənizçilərin, liman əməkdaşlarının, həmçinin liman əməliyyatlarının ayrılmaz hissəsi olan dəmiryolçuların fəaliyyətini əks etdirən fotoşəkillər də yer alır.
ADY-nin təşkilatçılığı ilə keçirilən sərgi dəniz nəqliyyatı, liman infrastrukturu və dəmir yolu logistikasının vahid bir sistemi təşkil etdiyini nümayiş etdirir, ölkəmizin nəqliyyat tarixini və bu sahədə çalışan insanların əməyini daha yaxından tanıdır.

Sərgi bir ay ərzində ziyarətçiləri üçün açıq olacaq.
Təntənəli təqdimat və çıxışlarla başlayan, sərginin açılışı ilə davam edən tədbirin sonunda peşə fəaliyyətində fərqlənən liman əməkdaşları təltif olunub, onlara “Fəxri fərman”lar təqdim edilib.

Latest articles

More like this