EvXəbərlərDaha bir ölkədə güclü zəlzələ oldu

Daha bir ölkədə güclü zəlzələ oldu

Published on

spot_img

Yaponiyada güclü zəlzələ baş verib.
BEY.AZ xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) mütəxəssisləri məlumat yayıb.
5,8 maqnitudalı yeraltı təkanlar iyunun 26-da yerli vaxtla saat 12:46-da (Bakı vaxtı ilə 07:46) qeydə alınıb. Seysmoloqlar bunu orta dərəcəli dağıntılara səbəb ola biləcək güclü zəlzələ kimi qiymətləndirirlər.
Hadisənin episentri Çiba prefekturasındakı Toqane şəhərindən 14 kilometr şimal-şərqdə və Tokiodan bir saatlıq məsafədə yerləşən Narita şəhərindən 26 kilometr cənub-şərqdə olub. Ocağı 56 kilometr dərinlikdə yerləşib. Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

Bir gün əvvəl Yaponiyanın şimal-şərqində daha güclü zəlzələ baş vermişdi. Yeraltı təkanların maqnitudası 7,2-yə çatıb. Seysmoloqların məlumatına görə, zəlzələnin episentri Sakit okeanda, İvate prefekturasındakı Kudzi şəhərindən 30 kilometr şərqdə, ocağı isə 50 kilometr dərinlikdə yerləşib. Təbii fəlakət nəticəsində azı on nəfər xəsarət alıb.

Hüseyn İbadlı

Latest articles

More like this