EvXəbərlərArda Türkiyə millisinin tarixinə düşdü

Arda Türkiyə millisinin tarixinə düşdü

Published on

spot_img

2026-cı il Dünya Çempionatının qrup mərhələsinin 3-cü turu çərçivəsində Türkiyə ABŞ-ı 3:2 hesabı ilə məğlub edib.
BEY.AZ xəbər verir ki, matçın 10-cu dəqiqəsində “ay-ulduzlular”ın yarımmüdafiəçisi Arda Gülər fərqlənib. O, bu qolu vurarkən 21 yaş 120 günlük olub və bununla da Türkiyə millisinin Dünya Çempionatları tarixində qol vuran ən gənc futbolçusu adına sahib çıxıb.
Əvvəlki rekord 2002-ci il Dünya Çempionatında 21 yaş 275 günlük olarkən fərqlənən Emre Belözoğluna məxsus idi.
Bundan əlavə, “Real”ın futbolçusu Arda Gülər Türkiyə millisinin 2026-cı il Dünya Çempionatındakı ilk qolunun müəllifi olub.

BEY.AZ

Latest articles

More like this