EvXəbərlərAğ Evdə İrana qarşı fikir ayrılığı: Tramp buna qarşı çıxdı

Ağ Evdə İrana qarşı fikir ayrılığı: Tramp buna qarşı çıxdı

Published on

spot_img

ABŞ prezidenti Donald Trampın ətrafındakı bəzi şəxslər Vaşinqtonun İrana qarşı hərbi əməliyyatının məqsədlərinin genişləndirilməsini istəyiblər.
BEY.AZ xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens bildirib.
Onun sözlərinə görə, Trampın əsas məqsədi İranın ənənəvi silahlarını məhv etmək, onun güc nümayiş etdirmək imkanlarını məhdudlaşdırmaq və Tehranın heç vaxt nüvə silahına sahib olmamasını təmin etmək olub.
Vens qeyd edib ki, bəzi şəxslər əməliyyat qarşısında əlavə məqsədlər qoymağa çalışsalar da, Tramp bununla razılaşmayıb.

“Məncə, prezidentin uğurunun səbəbi məhz onun bu cür təzyiqlərə boyun əyməməsidir. Hələ hər şey başa çatmayıb, amma indiyə qədər hər şey yaxşı gedir”, – deyə ABŞ vitse-prezidenti əlavə edib.

Müəllif: Roza

Latest articles

More like this