Türkiyənin Niğde vilayətinin Bor rayonunda yerləşən pirotexniki vasitələr istehsal edən zavodda partlayış baş verib.
BEY.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, bir neçə işçinin yaralı olduğu bildirilir.
Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar təcili yardım maşını ilə Bor Dövlət Xəstəxanasına və Niğde Təlim və Araşdırma Xəstəxanasına aparılıblar.
Yanğınsöndürənlər hazırda partlayışdan sonra baş verən yanğınla mübarizə aparırlar.
Qeyd edək ki, 27 yanvar 2018-ci ildə eyni fabrikdə baş verən partlayışda iki nəfər həlak olub.
