Fransada davam edən güclü isti hava dalğası səbəbilə EDF şirkəti “Golfech, “Bugey” və “Nogent-sur-Seine” stansiyalarında yerləşən üç nüvə reaktorunun fəaliyyətini müvəqqəti dayandırıb.
BEY.AZ xəbər verir ki, bundan əlavə, “Saint-Alban” stansiyasında da istehsalın azaldılması qərara alınıb.
Fransada nüvə stansiyaları soyutma sistemi üçün çay və ya çay axınlarından istifadə edir. Güclü istilər zamanı bu suların temperaturu artdığından, reaktorların fəaliyyəti məhdudlaşdırıla və ya tam dayandırıla bilər.
