EvXəbərlərDÇ-2026-nın 1/16 finalının cütlükləri müəyyənləşdi

DÇ-2026-nın 1/16 finalının cütlükləri müəyyənləşdi

Published on

spot_img

Dünya çempionatında qrup mərhələsi başa çatıb.
BEY.AZ xəbər verir ki, yekun nəticələrə görə, 12 qrupun hər birində birinci və ikinci yeri tutan komandalar pley-offa vəsiqə qazanıb, onlara üçüncü yeri tutan ən yaxşı səkkiz yığma da əlavə olunub.
1/16 finala vəsiqə uğrunda Almaniya – Paraqvay, Fransa – İsveç, CAR – Kanada, Hollandiya – Mərakeş, Portuqaliya – Xorvatiya, İspaniya – Avstriya, ABŞ – Bosniya və Herseqovina, Belçika – Seneqal, Braziliya – Yaponiya, Kot-d’İvuar – Norveç, Meksika – Ekvador, İngiltərə – DR Konqo, Argentina – Kabo-Verde, Avstraliya – Misir, İsveçrə – Əlcəzair, eləcə də Kolumbiya – Qana yığmaları mübarizə aparacaq.
Dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçirilir. Hazırkı dünya çempionu 2022-ci ilin finalında Fransa milli komandasına qalib gələn Argentina yığmasıdır.

Hüseyn İbadlı

Latest articles

More like this