UEFA DÇ-2026-nın pley-off mərhələsində ən böyük təmsilçiliyi əldə edib.
BEY.AZ xəbər verir ki, turnirin 1/16 mərhələsinə on üç Avropa komandası vəsiqə qazanıb: İsveçrə, Almaniya, Niderland, Belçika, İspaniya, Fransa, Norveç, Avstriya, Portuqaliya, İngiltərə, Xorvatiya, İsveç və Bosniya və Herseqovina.
Doqquz pley-off iştirakçısı Afrika Futbol Konfederasiyasını (CAF) təmsil edir – Mərakeş, Əlcəzair, Seneqal, Qana, Misir, Kot-d’İvuar, Kabo-Verde, Cənubi Afrika və Konqo Demokratik Respublikası.
Qrup mərhələsindən beş CONMEBOL komandası yüksəlib: Braziliya, Paraqvay, Ekvador, Argentina və Kolumbiya.
Üç komanda – ABŞ, Kanada və Meksika – KONKAKAF-ı, iki komanda – Avstraliya və Yaponiya Asiya Futbol Konfederasiyasını (AFC) təmsil edir.
